Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib - İqtisadçı

Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib - İqtisadçı
Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib - İqtisadçı

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası davam etməkdədir.

 

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Aydın Hüseynov deyib.

 

A.Hüseynov bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyat şaxələndirilib və qeyri-neft sektorunda güclü potensial formalaşdırılıb.

 

Deputat vurğulayıb ki, həyata keçirilən islahatlar sosial sahədə də özünün müsbət təsirlərini göstərib: “Pensiyaçıların və digər sosial qrupların sosial müdafiəsinin gücləndirilməsi, maaşların davamlı artımı, tələbələrin təqaüdlərinin artırılması, təhsil, səhiyyə və mədəniyyət işçilərinə dövlət qayğısının artırılması, məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması, əlillərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılıması istiqamətində işlər davam etdirilir”.

 

A.Hüseynov, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın möhtəşəm nailiyyətlər qazanmasını təmin edib: “Eyni zamanda, dinamik tərəqqi Azərbaycanın bölgələrini də əhatə edib, regionların sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Respublikamızda regionların sosial-iqtisadi inkişafına dair əvvəlki iki Dövlət Proqramı kimi, 2014-2018-ci illəri əhatə edən sayca üçüncü proqramın da icrası yüksək səviyyədə təmin olunub və qəbul edilmiş dördüncü Dövlət Proqramı çərçivəsində müəyyən olunmuş işlər müvəffəqiyyətlə davam etdirilir. Bütün bunlar isə şübhəsiz ki, ölkəmizdə sosial-iqtisadi inkişafın davamlı xarakter daşıdığını göstərir”.

 

Millət vəkili əlavə edib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi tədbirlərinin artırılması yürüdülən siyasətin əsas prioritetlərindəndir: “Prezident İlham Əliyevin iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanmasına səbəb olub”.