Qadınların malik olduğu gözəlliyi ortaya çıxararaq vurğulamaq əsl peşəkarlıq tələb edir

Qadınların malik olduğu gözəlliyi ortaya çıxararaq vurğulamaq əsl peşəkarlıq tələb edir
Qadınların malik olduğu gözəlliyi ortaya çıxararaq vurğulamaq əsl peşəkarlıq tələb edir

Peşəkar olmaq üçün isə bəzən heç də uzun illər lazım gəlmir. Elə şəxslər var ki onlar məhz sahib olduqları peşə üçün doğulurlar. Kiçik bir qığılcım və ya doğru verilmiş yön həmin şəxsin peşəkarlığının üzə çıxmasına böyük təkan olur. Gözəlliyi yaratmaq üçün təkcə gözəl xanımları bəzəmək bəs etmir. Stilistin sahib olduğu ideyalar,üz cizgilərini tanıma və onları vurğulama metodu,bir sözlə professionallıq da öz sözünü deməlidir. Bəzən stilistin öz əl qabiliyyəti illərlə səs sala bilmir,kiçik salonlarda,prestiji olmayan gözəllik mərkəzlərində peşəkar ustalar getdikcə sanki bir ulduz kimi sönür,həvəsdən düşürlər. Ona görə də məkan anlayışı gözəllik üçün əsas faktorlardan sayılır. Professional məkan və professional usta birləşdikdə isə ortaya çıxan əl işlərini yəqin ki özünüz təsəvvür edirsiniz. Bu gün isə gözəllik rubrikamızda bu cür məkanlardan olan Asila beauty-nin peşəkar stilisti Sabina xanımın əl işlərini sizə təqdim edəcəyik. Yaşının az olmasına baxmayaraq əl işləri ilə özünə böyük kütlə cəlb etmiş stilist gündən günə öz üzərində işləyərək müştərilərini məmnun etməyə çalışır. Gözəllik vurğunu olan Sabina xanım gördüyü bütün işlərində xanımların da fikirlərini nəzərə almaqla ilin trendlərini və müştərinin üz cizgilərinə uyğun ola biləcək əl işləri təqdim etməyə üstünlük verir