Qubadakı qəzada 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Qubadakı qəzada 3 nəfər ölüb, 1 nəfər yaralanıb
Qubadakı qəzada 3 nəfər ölüb, 1 nəfər yaralanıb
Yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi “Ford Transit” və Ramil Seyidəhmədovun idarə etdiyi “VAZ-21010” markalı avtomobillər toqquşub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, nəticədə R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölmüş, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilmişdir. 

Quba RPŞ tərəfindən araşdırma aparılır.