“Rayon gənclərinin fikir festivalı” adlı layihə çərçivəsində interaktiv təlimlər keçirilmişdir

“Rayon gənclərinin fikir festivalı” adlı layihə çərçivəsində interaktiv təlimlər keçirilmişdir
“Rayon gənclərinin fikir festivalı” adlı layihə çərçivəsində interaktiv təlimlər keçirilmişdir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Lerik rayonunda “Rayon gənclərinin fikir festivalı” adlı layihə çərçivəsində interaktiv təlimlər keçirilmişdir. Təlimlər 5 gün davam etmişdir.

 

Fondun 11-ci qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən layihənin rəhbəri Radim Hüseynlinin sözlərinə görə layihənin əsas məqsədi rayon gənclərinin təşəbbüskarlığının artırılması, onların innovativ fikirlərlə çıxış edərək ölkənin ictimai-siyasi həyatında iştirakına dəstək vermək, ictimai fikirlərlə bütün sahələrin inkişafında töfhə verməsi üçün gənclər kütləsinin maarifləndirilməsidir.