Sağ ol, əziz Prezident!

Sağ ol, əziz Prezident!
Sağ ol, əziz Prezident!

Mən şəhid anasıyam. Qarabağ müharibəsində iki oğul itirmişəm. Famil döyüşlərdə qəhrəmanlıqla həlak olub, Kamil itkin düşüb. Ana üçün iki oğul itirmək çox ağır dərddir. Onların ölümünə hələ də inanmıram.

Dərdim ağır olsa da, dözürəm. Kədərimə el-oba həmişə şərik olur. Bu da mənə təsəlli verir. Ən böyük qayğını, təsəllini isə cənab İlham Əliyevdən görmüşəm. O, 2014-cü ilin 6 avqustunda Ağdama səfər edəndə mənimlə də əziz, doğma adamı kimi görüşüb söhbət etdi. Ailəmizin vəziyyəti ilə, dolanışığımızla maraqlandı. Həmin vaxt rayonda qaçqın və məcburi köçkünlər üçün Yeni İmamqulubəyli qəsəbəsi istifadəyə verilirdi. Sən demə, dövlət başçısının məni sorğu-suala tutması əbəs deyilmiş. Ailəmiz haqqında müfəssəl məlumat alan kimi gözləmədiyim halda dedi ki, sizin ailəyə dördotaqlı ev bağışlayıram, şəhid ailələrinə qayğı dövlətin borcudur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın şəhid ailələri ilə keçirdikləri görüşə televiziya ilə baxdım. O görüşdə ölkə rəhbərinin çıxışındakı hər sözündə, hər kəlməsində şəhid ailələrinə sonsuz hörmət və ehtiram duyulurdu.

Şəhid ailələrinə verilən təqaüdün artırılaraq 300 manata çatdırılması ilə bağlı dövlət başçısının imzaladığı fərman hər kəsdə minnətdarlıq doğurur. Bu fərmanın özü yaralı ürəklərə bir məlhəmdir.

 

Məryəm CƏFƏROVA,

Ağdam rayonunun İmamqulubəyli kənd sakini