Şəkəri aşağı salan və normada saxlayan qidalanma

Şəkəri aşağı salan və normada saxlayan qidalanma
Şəkəri aşağı salan və normada saxlayan qidalanma

Medicina.az qanda şəkəri aşağı salan ərzaqları təqdim edir:

Avokado: Diabetə qarşı dayanıqlığı artırır. Avokado yedikdən sonra qanda qlükozanın səviyyəsi uzun müddət sabit qalır, insan aclıq da hiss etmir.

Qara gavalı: Digər quru meyvələr şəkəri artırsa da, qara gavalı əksinə salır və diabet xəstələri üçün əla quru meyvədir. 

Acı bibər – metobolizmi aktivləşdirir, şəkəri salır, piylənməyə qarşıdır.

Sitrus meyvələri: Diabet xəstələri sidiyə çox getdikləri üçün onlarda C vitamini əskikliyi çoxalır. Ona görə sitrus meyvələri qanda şəkəri də salır, vitamin əskikliyini də aradan qaldırır.

Yaşıl çay: Bu çayda olan flavonoidlər iltihaba qarşı təsir göstərir. Metobolizmi artırır, bununla da qlükoza tez parçalanıb qandan çıxır. 

Şokolad: Elmi işlər sübut edib ki, qara şokolad insulinə həssaslığı artırır, bu da diabetin profilaktikası üçün vacibdir. Şokolad damarların keçiriciliyini də yaxşılaşdırır, təzyiqi normallaşdırır. 

Mal əti: Bu ətdə olan linol turşusu qanda şəkəri normallaşdırır, xərçəng əleyhinə effekt verir. Gündə 120 qr mal əti yemək olar.

Sarımsaq: Mədə-bağırsaq xorası olanlara məsləhət deyil. Amma diabet xəstələri sarımsaqla bağlı nə resept  varsa, hamısını etsələr yaxşıdır. Günə 2-3 diş sarımsaq qanda şəkəri salır.