Son illərdir cütlüklərin və onların səbəbkarı olduqları toy və nişanların olmazsa olmazları fotosesiya və love story-lərdir.

Qüdrət bəyin müsahibəsini sizlərə təqdim edirik:

-Sizcə fotoların gözəl alınması üçün üç əsas şərt hansılardır?

-Fotoların gözəl və keyfiyyətli alınması üçün əsas şərtlər işıqlandırma,düzgün seçilmiş rakurs və obyektivdir. Təbii ki bütün bunlara cütlüyün sevgisi və fotoqrafın peşəkarlığı da aiddir.

-Fotosesiya zamanı cütlüyün səmimiyyəti daha çox önəm daşıyır yoxsa fotoqrafın peşəkarlığı?

-Deyərdim ki sevgi bütün şəkilləri istər istəməz gözəlləşdirir. Bəzən qeyri professional olan şəkil elə səmimi cütlüyü obyektiv olaraq götürər ki həmin şəklin qeyri professionallığı hiss olunmaz. Çəkilən şəkillərdə 90% rolu cütlük, 10%-i isə fotoqraf oynayır.

-Cütlük sevgi dolu olduqdan sonra bütün fotoqraflar asanlıqla keyfiyyətli iş ortaya qoya bilər?

Əslində cütlük sevgi dolu olduqda və bunu biruzə verə bildikdə ortaya gözəl şəkil çıxa bilər,amma qaldı ki professional çəkilmiş fotoya,bunu yalnız peşəkar fotoqraf edə bilər.

-Cütlük və fərdi fotosesiyalardan başqa,bu sahəni başqa hardasa tətbiq etmək istəmisiniz?

Mən hələ ki üstünlüyü cütlüklər üçün fotosesiya və lovestory,toy çəkilişlərinə verdiyim üçün peşəmi digər sahələrə yönəltməmişəm. Amma vaxtım olduqca portret formatda fotolar çəkməyi sevirəm.