Suraxanıda “Bizim həyət” layihəsinin açılışı olub

Suraxanıda “Bizim həyət” layihəsinin açılışı olub
Suraxanıda “Bizim həyət” layihəsinin açılışı olub

Paytaxtın Suraxanı rayonunda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan yenilənmiş həyət Elman Qasımov küçəsi 15, 15A, 15B və 15V ünvanında 1950 nəfərə yaxın sakinin yaşadığı binaları əhatə edir. 13000 kvadratmetr sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların da rahat hərəkəti nəzərə alınıb, eləcə də uşaq oyun elementləri, mini futbol və basketbol, idman-fitnes meydançaları salınıb. Yaşlı sakinlər üçün ahıllar guşəsi və 4 ədəd söhbətgah tikilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac və kol əkilib, 3000 kvadratmetr ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb. Bu, Suraxanı rayonunda abadlaşdırılan on birinci həyətdir.

Son dövrlər rayonda aparılan abadlıq-quruculuq işlərindən danışan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsinin əhəmiyyətindən danışdılar. Əsas məqsəd yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Görüntünün olası içeriği: 1 kişi, ayakta, ağaç ve açık havaGörüntünün olası içeriği: 14 kişi, ayakta duran insanlar, kalabalık ve açık havaGörüntünün olası içeriği: 10 kişi, ayakta duran insanlar, ağaç ve açık havaGörüntünün olası içeriği: 1 kişi, ayakta, ağaç, ayakkabılar ve açık havaGörüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık havaGörüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar ve açık havaGörüntünün olası içeriği: bir veya daha fazla kişi, spor yapan insanlar, çim ve açık havaGörüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakkabılar, basketbol sahası ve açık hava