“Ulu Öndər Gənclərin xatirəsində” mövzulu dəyirmi masa təşkil olunmuşdur

“Ulu Öndər Gənclərin xatirəsində” mövzulu dəyirmi masa təşkil olunmuşdur
“Ulu Öndər Gənclərin xatirəsində” mövzulu dəyirmi masa təşkil olunmuşdur

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziya ərazi ilk partiya təşkilatının iştirakı ilə 

“Ulu Öndər Gənclərin xatirəsində” mövzulu dəyirmi masa təşkil olunmuş və video-çarxın təqdimatı keçirilmişdir. 

Təşkil olunmuş dəyirmi masada Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Gənclər Birliyinin ofis rəhbəri Elmar Məmmədov, YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev, YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin sədri Fərəh Məcidzadə, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Əhmədzadə, Xarici Dillər Təmayüllü Gimnaziyanın Azərbaycan dili-ədəbiyyat müəllimi , YAP Suraxanı rayon təşkilatının Gənclər Birliyinin fəalı Aynur Həsənova, Gənclər Birliyinin fəallarının və aktiv üzvlərinin bir qismi iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidov gəncləri salamlayaraq, Yeni Azərbaycan Partiyasının əbədi rəhbəri, Müstəqil Azərbaycan Respublikasının banisi, Ulu Öndər Heydər Əlirza oğlu Əliyev xalqımızın qəlbində özünə əbədi sevgi, hörmət qazana bilmişdir. Azərbaycan xalqı və Azərbaycan Respublikası nə qədər yaşayacaqsa Azərbaycan xalqının qəlbində Ulu Öndər Heydər Əliyev də, sonsuzadək yaşayacaqdır. Onun qədir bilən xalqımızın yaddaşında xatirələri ilk gün ki, kimi yeni və canlıdır. O, etiraf etdi ki, hələ də, Ulu Öndərin çıxışlarından öyrənir, öz işlərində ona istinad edir. Bu da, çox təbiidir. Çünki onun yaratdığı dövlətçilik məktəbi güclü əsasları olan, uzaq görən ideyalarla zəngin və nəhayət bu günün tələblərinə cavab verən kriteriyalara malikdir deyə bildirdi. 

Daha sonra dəyirmi masa iştirakçılarından Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov sürətlə inkişaf edən Azərbaycanın bu yüksəlişində dahi şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu, Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratdığını və Azərbaycanın müstəqilliyinin əbədi, dönməz xarakter almasına nail olduğunu bildirdi. Seymur Orucov onu da qeyd etdi ki, YAP Suraxanı rayon Gənclər Birliyinin işini yüksək qiymətləndirir və onlara bundan sonraki işlərində uğurlar arzu edir.

      Çıxış edən Xarici Dillər Təmayüllü Gimnaziyanın Azərbaycan dili-ədəbiyyat müəllimi YAP Suraxanı rayon təşkilatının GB fəallı Aynur Həsənova Azərbaycan dilinə olan məhəbətinin qaynağının məhz Ulu Öndərin qüsursuz nitqləri olduğunu bildirdi. O, dedi ki, o, və onun kimi milyonlarla gənc hələdə Ulu Öndərin öldüyünə inanmır və onun öz qəlblərində yaşadır.         

Sonda dəyirmi masa iştirakçıları Ulu Öndərlə bağlı çəkilmiş video çarxa baxmışdırlar.