“Ümumtəhsil müəssisələrində gender əsaslı bərabərliyin təbliği” adlı layihənin Gəncə şəhərində tədbiri keçirilib

“Ümumtəhsil müəssisələrində gender əsaslı bərabərliyin təbliği” adlı layihənin Gəncə şəhərində tədbiri keçirilib
“Ümumtəhsil müəssisələrində gender əsaslı bərabərliyin təbliği” adlı layihənin Gəncə şəhərində tədbiri keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan “Ümumtəhsil müəssisələrində gender əsaslı bərabərliyin təbliği” adlı layihənin Gəncə şəhərində nəzərdə tutulmuş tədbiri Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin Tələbə Gənclər Təşkilatının sədri Valeh Əsədov qonaqları və iştirakçıları salamlayaraq rəhbərlik adından layihənin keçirilməsinə görə təşəkkür edib. Çıxış edən Valeh Əsədov Azərbaycanda həyata keçirilən Gənclər Siyasətinin ən önəmli tövhələrindən biri kimi Azərbaycan Gənclər Fondunun fərdi ideyalara dəstək göstərməsini qeyd edib. Daha sonra layihənin keçirilməsi üzrə səlahiyyətli nümayəndə, eyni zamanda YAP Gənclər Birliyinin Şura üzvü Həsən Hüseynzadə çıxış edərək layihə haqqında iştirakçılara ətraflı məlumat verərək bildirib ki, layihənin əsas məqsədi gənclər arasında gender bərabərliyi mövzusunda həm praktiki, həm də hüquqi baxımdan məlumatlılığın artırılmasından ibarətdir. Azərbaycanın Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğunu vurğulayaraq, hal-hazırda da dövlətin bu sahədə ciddi işlər həyata keçirdiyini qeyd edib.
Daha sonra məruzə ilə çıxış edən təlimçi Nəzrin Allahverdiyeva gender bərabərliyi istiqamətində ölkəmizdə həyata keçirilən siyasət və cəmiyyətdə gender bərabərliyinin qəbul olunması prinsipləri haqqında iştirakçılara ətraflı və faktlara əsaslanan məlumatlar verib. Tədbir diskusiya formatında davam edib. Sonda layihə iştirakçıları sertifikatlarla təltif olunub və xatirə şəkili çəkdirilib.