YAP Gənclər Birliyinin təşkilatçılığı ilə "Gənclər və Ailə:Ənənə və müasir baxış" mövzusunda tədbir keçirilir

"Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycanda gənclərin evliliyə baxışı, Azərbaycanda ailə mühiti, müasir baxışlar, adət-ənənələr mövzusunda tədbir keçilir".

Metbuat.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. O bildirib ki, tədbirdə Milli Məclisin Ailə, Qadın Məsələləri Komitəsi, Azərbaycan Respublikası Ailə, Qadın, Uşaq Məsələləri Dövlət Komitəsinin nümayəndəsi, Dini Məsələlərlə İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Qeyri Hökümət Təşkilatlarının nümayəndəsi, ekspertlərlə bu mövzuları müzakirə edəcəyik.

"Ailə kiçik bir dövlət modelidir. Bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bu tədbiri keçirməkdə məqsədimiz, gənclərimiz adını çəkdiyim qurumlarla birlikdə müasir ailəni necə görmək istəyirlər, qanunvericilikdə ailə ilə bağlı hansı qanunlar mövcuddur bununla bağlı məlumatları olsun və öz suallarını versinlər" - deyə sədr bildirib.