Yeni Azərbaycan Partiyasının Suraxanı rayon təşkilatının üzvlərinin aztəminatlı ailələrə və fiziki qüsurlu uşaqlara bayram sovqatı – Fotolar

Bildirilib ki, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı ənənəvi və davamlı olaraq “31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü”, Yeni il, Novruz bayramı, Qurban və Ramazan bayramlarında rayon ərazisində yaşayan aztəminatlı ailələri, fiziki cəhətdən qüsurlu şəxsləri, şəhid ailələrini diqqətdən kənar qoymur və onlara baş çəkirlər. Partiyanın üzvləri həmin ailələrdə qonaq olur, onların vəziyyəti ilə maraqlanır və bayram sovqatını təqdim edirlər. Ənənəyə sadiq qalaraq Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının üzvləri bu il də “ 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və Yeni il bayramı münasibəti ilə aztəminatlı ailələrin və evdə təhsil alan fiziki qüsurlu şagirdlərin qonağı olub,bayramlarını təbrik edərək bayram sovqatı təqdim ediblər. Bu gün bayram münasibəi ilə Neftçi Qurban Abbasov adına Mədəniyyət Sarayında rayon ictimaiyyəti üçün Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə bayram konserti təşkil edilib.