Dərd verən Allah dərmanını da göndərir deyirlər. Bəzən bu dərdləri yüngülləşdirmək Tanrı ilə yanaşı onun bəndələrinin-yəni bizlərin əlində olur. Bu həyatda kiminsə dərdinə çarə ola bilməkdən üstün əməl ola bilməz. Tanrının bizə ayırdığı paydan və ruzidən mütləq ki ehtiyacı olanlara yardım etmək lazımdır. Xüsusilə körpələrə. Bu gün çoxumuz valideynik. Övladımızın xəstə yatdığı bir gecə bizə bir il qədər ağrılı gəlir. Düşünün ki övladı aylarla yatağa məhkum olub,dərman və çarə gözləyən valideynlər var. Yüz nəfərin ən az ayırdığı bir manat belə balaca Əfranın ağrısını müəyyən qədər dindirməyə kömək edə bilər.
3 Yaşlı Məcidli Əfrasiyab Məcid oğluna artıq 2 aya yaxındır ki, Kəskin Limfoblast Leykoz (Qan xərçəngi) diaqnozu qoyulub.Əfra balaca çiyinlərində böyük yük daşımaq, böyük sınaqlardan keçmək məcburiyyətində qaldı. Kiçik bir məbləğ ilə bu məsum körpənin həyatda qalmasına vasitəçi ola bilərsiniz. Allah heç kimi çarəsizlik imtahan etməsin.
Etdiyimiz yaxşılıq mütləq ki dönüb dolaşıb bizi tapacaq. Bəlkə də elə məhz bu gün həyatını xilas etməyə çalışdığımız Əfranın simasında. Gələcəkdə ya polis,ya həkim,ya da müəllim olub özünü bizə,övladlarımıza həsr edəcək balaca Əframız. Həyat mütləq ki hər birimizi zaman zaman çətinliyə salacaq,sınayacaq,köməyə möhtac qoyacaq. İndidən əlimizi yardım etmək üçün açaq ki,sabah Tanrıdan yardım istərkən əl açmağa üzümüz və haqqımız olsun! Əlinizdən gələn yardımı edin,dostlar.