30 məktəbdə ciddi problemlər aşkarlanıbbackend

«Monitorinqlər nəticəsində ümumtəhsil məktəblərinin 130-da müəyyən çatışmazlıqlar aşkarlanıb».

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Orxan Kərimov ümumi təhsil müəssisələrinə payız-qış mövsümünə hazırlıqla bağlı təşkil edilən mediatur zamanı deyib.

O.Kərimov qeyd edib ki, onlardan 30-da çatışmazlıqlar daha ciddi hesab olunur:

«Həmçinin, məktəbəqədər təhsil müəssisələrinin 190-da da müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə işlər görülür».