Bu ərazidə işıq olmayacaq – Xəbərdarlıqbackend

Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Çeşməbasar” yarımstansiyasından qidalanan 35/10 kilovoltluq “Əbrəqunus” hava elektrik verilişi xətti aparılan təmir işlər ilə əlaqədər sifarişə əsasən açılacaq.

Bu səbəbdən, dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.