Avqustun 5-dən sonra Azərbaycanda karantin rejimi sərtləşdiriləcəkmi? – Kamilə Əliyeva AÇIQLADIbackend

Avqustun 5-nə kimi Azərbaycanda 14 şəhər və rayonda sərt karantin rejimi tədbiq edilir. Son günlər gündəlik yoluxanların sayı 300-400 arası dəyişməkdədir. Yoluxmanın sayının tam endilməsi üçün karantin rejimi yenidən sərtləşdirilə bilərmi?

Buta.ws xəbər verir ki. bununla bağlı Konkret.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, son günlər görürük ki, Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanlardan çoxdur: “Bu, sevindirici haldır. Amma bu nəticələr bizi arxayın salmamalıdır, çünki yoluxanların sayı gün ərzində 300-400 arası dəyişir”.

Deputat qeyd edib ki, digər sevindirici hal insanlarımızda məsuliyyət hissinin artmasıdır:

“Marketlərə, dayanacağa və digər qapalı yerlərə insanlarımız qoruyucu tibii maskalarla daxil olur, sosial məsafəni qoruyurlar. O ki, qaldı, karantin rejiminin sərtləşdirilməsi məsələsinə, son günlərin nəticəsi bizi arxayın etməməlidir, çünki bu xəstəlik elədir ki, insanlar yenidən məsuliyyətsizlik göstərsələr, yoluxmanın sayı arta bilər. Ona görə bu gün hər şey vətəndaşlarımızın özlərindən asılı olacaq. Əgər istəyiriksə, gündəlik yoluxanların sayı sıfıra düşsün, bunun üçün biz qoyulan qaydalara əməl etməliyik”.

Kamilə Əliyeva koronavirus peyvəndinin hələ ki, tapılmadığını vurğulayıb:

“Koronavirusdan yeganə qorunma yolu qoruyucu tibii maska taxmaq, sosial məsafəni qorumaq, sanitar gigiyenik normalara riyaət etməkdir. Hazırda koronavirusla mübarizə ilə bağlı dövlət tərəfindən lazım olan bütün addımlar atılır. İnsanlarımız da qoyulan qaydalara əməl edərək dövlətimizə bu işdə dəstək olmalıdır. Xəstəxanada reanimasiyada olan və suni aparata qoşulan xəstələrimizin sayı çoxdur. Hər gün bu xəstəlikdən ölən vətəndaşlarımız var. Biz hələ də bu xəstəlikdən qurtulmamışıq”.

Milli Məclisin üzvü bildirib ki, hər birimiz bu məsələdə üzərimizə düşən məsuliyyəti dərk etməliyik:

“Əgər qoyulan qaydalara əməl edilməsə, yenidən karantin rejimi sərtləşdirilə bilər”.