QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva “22 iyul – Milli mətbuat və Jurnalistika günü” münasibətilə jurnalistləri təbrik edib.
“Hörmətli mətbuat işçiləri!
Dəyərli qələm sahibləri!
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi adından Sizi “22 iyul – Milli mətbuat və Jurnalistika günü” münasibətilə səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə şərəfli və məsuliyyətli işinizdə hər birinizə böyük uğurlar arzulayırıq.
Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçib. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış mətbuat xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə səmərəli əməkdaşlığa və ölkəmizdə mətbuatın inkişafı istiqamətində fəaliyyətinizə görə Sizə təşəkkürümüzü bildiririk.
Sizi peşə bayramınız münasibətilə bir daha ürəkdən təbrik edir, böyük fədakarlıq tələb edən məsuliyyətli və son dərəcə şərəfli fəaliyyətinizdə tükənməz enerji və müvəffəqiyyətlər arzu edirik.”
P.S. QHT.az olaraq xüsusi diqqət və təbrikə görə Agentliyinin icraçı direktoru Aygün Əliyevaya təşəkkürümüzü bildiririk.