Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində ölkə başçısının Almaniya kansleri Olaf Şolts ilə təkbətək görüşü baş tutub. Aprelin 26-da isə liderlər birgə mətbuat konfransı keçirib.
Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank Valter Ştaynmayer və Kanslar Olaf Şoltsla görüşü zamanı Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyəti, əməkdaşlığın perspektivləri, Cənubi Qafqazdakı vəziyyət haqqında müzakirələr aparılıb, dövlətimizin Ermənistanla sülh sazişi imzalamaq barədə təşəbbüslə çıxış etdiyi vurğulanıb. Prezident İlham Əliyev vurğuladı ki, Almaniyanın xarici işlər nazirinin dəstəyi ilə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri arasında görüş keçirildi və bu görüşdə sülh müqaviləsi üzrə əsaslı müzakirələr aparıldı.
Görüşlərdə COP29 mövzusuna da toxunulub. Çıxışı çərçivəsində cənab Prezident xüsusilə Almaniya Kansleri Olaf Şoltsa COP29-un ölkəmizdə təşkil olunması istiqamətində verdiyi dəstəyə görə təşəkkür etdi. Almaniya tərəfi hesab edir ki, Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən, xarici siyasət, təhlükəsizlik siyasəti, iqtisadi və enerji mövzuları barədə də fikir mübadiləsi aparıldı.
Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya etibarlı tərəfdaşlığının inkişafının əyani göstəricisidir. Bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
Mirzəyeva Svetlana-YAP Qusar rayon təşkilatının fəalı