Mən COVİD-19 qlobal pandemiyası dövründə çalışan həkim kimi dövlətimizin virusa qarşı tədbirlər planını dəstəkləyirəm. Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər planı insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi yolunda müsbət dinamika yaradılıb. COVİD-19 pandemiyasını heç bir ölkə təkbaşına aradan qaldıra bilməz.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin virusun qarşısının alınması ilə əlaqədar bütün dünya xalqları arasında bərabərsizliyin aradan qaldırılması və bütün dövlətlərin bu mübarizdə həmrəy olması təşəbbüsünü irəli sürüb.
Bir müddət əvvəl videokonfrans formatında görüşdə ÜST-ün baş direktoru Tedros Adhanom Qereysus çıxışında Azərbaycanın təşkilata verdiyi dəstəyi yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycan nəinki milli səviyyədə COVİD-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə öz əhəmiyyətli töhfəsini verir.
Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq bir daha vətəndaşlarımızı diqqətli olmağa, müəyyənləşdirilmiş qaydalara əməl eyməyə və cənab Prezidentə dəstək olmağa çağırıram .
Azərbaycan Respublikası, Xalqı və Dövlət Başçısı qlobal dünya dəyərlərinə, hümanizm hisslərinə və qardaşlıq duyğularına sahib bir siyasət həyata keçirdir. Belə ki, öz vətəndaşlarımızla yanaşı dünyanın müxtəlif xalqlarının hər zaman köməyinə yetən Azərbaycan Respublikasının Prezidenti və “Heydər Əliyev” Fondu və onun Prezidenti Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva öz hümanist yanaşmaları ilə dünya dövlətlərinə və dövlət, hökümət başçılarına nümunə olublar.
Azərbaycan Respublikası və onun qətiyyətli Dövlət Başçısı öz qərarları ilə, dəmir iradəsi və xalq sevgisi ilə yüz illərlə dövlətçilik ənənələri olan ölkələrə nümunə ola biləcək addımlar atdı. Bu gün bir çox dünya dövlətləri Koronovirusla mübarizənin Azərbaycan modelini öyrənir və öz dövlətlərində tədbiq edir.
Düzgün təsəvvür yaratmaq üçün nəzərinizə çatdırıram ki, hər il dünyada qrip infeksiyası fonunda ölüm halları və ya yanaşı xəstəliklərdən ağırlaşmaların yaranması halları COVİD-19dan dəfələrlə çox olur. Koronavirusların digər təhlükəli növləri sayılan SARS və MERS COVİD-19 dan daha ağır gedişli olub yüksək ölüm faizinə malikdir. Dünyasını dəyişənlərin statistikasına nəzər salsaq yaşlı və yanaşı ağır xəstəlikləri ( co- morbid vəziyyət) olanlar üstünlük təşkil edir.
Dünyda hər gün xəstələnənlərin sayı artır, lakin mütəxəssislər hesab edir ki, xəstələnənlərin sayı rəsmi rəqəmlərdən xeyli artıqdır. Dünya təcrübəsi göstərdi ki, sosial izolyasiya və şəxsi gigiyena qaydalarına əməl etmək virusun yayılma şansını ciddi şəkildə azaldır.
Əlləri isti su ilə 20 saniyə yumaq, insanlarla təmasdan qaçınmaq ( sosial izolyasiya, anti-kommunikasiya ), maska taxmaq immun sistemini gücləndirmək, fiziki fəallığı artırmaq, panika və təşvişə düşməmək, dövlətin yaratdığı karantin rejiminə ciddi əməl etmək kimi tədbirlər vətəndaşlarımızı pandemiya dövründən üzüağ çıxmasına aparan yoldur. ÜST-ün tövsiyələrinə riayət etmək, əhalinin sağlamlığının qorunması və təhlükəsizlıyinin təmin edilməsi çox vacib amildir. Bütün vətəndaşlarımızı sosial məsuliyyətli davranmağa və dövlətimizin həyata keçirtdiyi tədbirlərə dəstək olmağa çağırıram.
Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatının
gənc-fəalı, həkimi Arzu Hacı-zadə: