Azərbaycanda avqustun 16-da yoluxmaların sayında artım müşahidə olunub. Belə ki, 112 nəfər koronavirusa yoluxub, 178 nəfər isə sağalıb. Yoluxanların sayı artarsa Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, karantin rejimi ilə bağlı qaydalar Operativ Qərargah tərəfindən verilir:
“Yumşalmalara gedildikdə yoluxmaların sayında artma gözlənilən idi. Amma bu rəqəmlər hədsiz artım hesab edilmir. Biz yoluxanların pik həddini də görmüşük. Yoluxmaların ən yüksək həddində də hansı qayda- qanunların tədbiq edildiyini bilirik. Eləcə də yumşalmalarda. Bu gün heç kim proqnoz verə bilməz ki, yoluxmaların sayı necə davam edəcək.
Bununla bağlı brifinqdə də fikirlər səsləndirilib. Yoluxmalar artarsa yenidən yumşalma və yaxud sərtləşdirilmənin olcağı barədə qərar Operativ Qərargah tərəfindən veriləcək”.