Azərbaycanda koronavirusa görə QADAĞA QÜVVƏYƏ MİNDİ: BU GÜNDƏN BAŞLAYARAQ…backend

Bu gündən fevralın 22-si saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

 

AZSABAH.COM-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

 

Bununla əlaqədar 20 fevral saat 00:00-dan 22 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

 

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.