Azərbaycanda rayonlarda sərt karantin rejimi tətbiq edilir?- AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi son günlər Şirvan şəhərində koronavirusa yoluxma faktlarının intensivliyinin artması tibb müəssisələrindən qaynaqlandığı müəyyən edilib. Bu məqsədlə, Şirvan şəhərinə monitorinq məqsədi ilə TƏBİB-in işçi qrupu ezam olunub və bir sıra qüsurlar aşkarlanıb. Qüsurların aradan qaldırılması məqsədilə Şirvan Şəhər Mərkəzi Xəstəxanası və Şirvan şəhər Müalicə-Diaqnostika Mərkəzində bir sıra tədbirlər görülüb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ÜST-nın tövsiyələrini nəzərə alaraq yoluxma intensivliyinin çox olduğu ərazilərdə yoluxma mənbəyinin lokal qapanma tədbirlərinə üstünlük verəcək. Bu halı nəzərə alsaq, sərt karantin rejimi digər rayonlarında da tətbiq edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a uroloq-androloq Vasif İsmayıl danışıb:”Bir yerdə virusun sıxlığı müəyyən həddə çatanda həmin yeri bağlayırlar. Qapanma lokal da, ümumrespublika səviyyəsində də ola bilər. Bu epidemiologiyada klassik bir qərardır. Rayonlara gediş- gəlişin, yəni yolların açılmasının mən də tərəfdarıyam. Buna baxmayaraq, əgər bir yerdə epidemioloji şərait nəzarətdən çıxa bilərsə, həmin yerdə birmənalı qapanmaya gedilməlidir. İndiyədək virusla mübarizədə ən effektiv üsul olaraq karantinin tətbiqi dövrüdür. Effektiv metoddan niyə geri çəkilək ki?”