Ağdamda şadlıq sarayında yanğın baş verib.
Buta.ws APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
Şadlıq sarayının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib. Obyekt sahibi hadisə yerinə gələnədək yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.