Azərbaycanda “sms icazə” sisteminin ləğv edilməsi ilə bağlı VACİB AÇIQLAMAbackend

Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında xeyli azalma müşahidə olunur. Ən önəmlisi isə sağalanların sayı yoluxanlardan iki dəfə çox olub. Belə ki, dekabrın 20-də 2 961 nəfər koronavirusa yoluxub, 4 317-ü nəfər isə sağalaraq evə buraxılıb. 35 nəfər də “COVID-19″dan vəfat edib. Bu azalma dinamikası davam edərsə, növbəti həftələrdədə “sms iczə” sistemi ləğv edilə bilərmi?

 

Bununla bağlı Sonxeber.az-a danışan Ceyhun Məmmədov bildirib ki, bir neçə gündür ki, Azərbaycanda gündəlik yoluxanların və ölənlərin sayında azalmalar var:

 

“Sərt karantin rejimi bu azalmalarda xüsusi rol oynadı. Amma növbəti günlərdə yoluxma dinamikası necə olacağı ilə bağlı konkret bir fikir səsləndirmək çətindir. Ümumiyyətlə bu məsələ bir-biri ilə bağlıdır. Yəni qonşu və digər ölkələrdə biz bu sərt karantin rejiminin tətbiqini görürük. Bu ümumi bir tendensiyadır.

 

Əgər gündəlik yoluxanların sayında ciddi azalma ol