Azərbaycanda uçuşlar bərpa edilir? – RƏSMİ AÇIQLAMAbackend

Nazirlər Kabineti Macarıstanın “Wizzair” aviaşirkətinin iyunun 19-dan Bakı-Budapeşt-Bakı reysini bərpa edəcəyi ilə bağlı elanına aydınlıq gətirib.

 

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Trend-ə açıqlamasında bildirib ki, qurumda bu barədə heç bir məlumat yoxdur:

 

“Bildiyiniz kimi ölkədə uçuşlar iyunun 15-ə kimi dayandırılıb. “Wizzair”in Bakıya uçuşları ilə bağlı isə bizə məlumat daxil olmayıb”.

 

Qeyd edək ki, Türkiyə avişirkətilərindən biri də bu ay Bakıya uçuşların həyata keçiriləcəyi barədə məlumat yayıblar.