Azərbaycanda ümumi karantin rejimi sentyabrın 15-də bitə bilərmi? – AÇIQLAMAbackend

Xəbər verdiyimiz kimi avqustun 9-da koronavirusa yoluxanların sayı 87 nəfərə enib. 308 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.Azalma dinamikası belə davam edərsə Azərbaycanda ümumi karantin rejimi sentyabrın 15-də bitə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat İlham Məmmədov bildirib ki, yoluxanların 87-yə düşməsi bizi iki qat məsuliyyətli olmağa vadar etdi:
“Yoluxanların sayında azalamanın əldə edilməsi hesab edirəm ki, sərt karantin rejimi zamanı atılan addımların nəticəsidir. Bəzən insanlarımız sərt karantin rejiminin vacib olmasını anlamırdı. Hesab edirdilər ki, bu qadağaların edilməsi vacib deyil. Ancaq zaman göstərdi ki, sərt karantin rejiminin vaxtında tədbiq edilməsi yoluxmaların sayını azlamağa gətirib çıxardı. Sərt karantin rejimi ölkəmizdə hüquq və azadlıqların,sosial-iqtisadi vəziyyətin tam tənzimlənməsi fonunda aparıldı. Biz bəzi ölkələrlə müqayisə etsək görərik ki, orada sərt karantin rejimi olduqca kəskin aparıldı. Müəyyən sahələrdə insanlara güzəştlərin olmamasına şahidi olduq. Hətta bəzi yerlərdə etirazlar oldu”.

Deputat qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatın bəyanatlarında görünür ki, bizi hələ qarşıda koronavirusun 2-ci dalğası olma ehtimalı var:
“İkinci dalğanın elementləri artıq Avropanın bəzi ölkələrində özünü göstərməkdədir. Bəzi inkişaf etmiş Avropa ölkələr var ki, sərt karantin rejiminin elementlərini geri qaytarmaq istəyirlər. Yoluxmanın sayın da da artmalar var. Bu tendesiya Avropa ölkələrində, Şərqi Asiyada və Amerikada varsa bu bir xəbərdarlıqdır. Cənab prezidentin göstərişi ilə 9 modul tiplii xəstəxana istifadəyə verilib. Biri də bu yaxınlarda istifadəyə veriləcək. 2 olimpiya kompleksi modul tipli xəstəxanaya çevrilib. Bütün bunlar dövlətin insanların sağlamlığınıln qorunmasına xidmət edir. Ümid edək ki, yoluxmaların sayında azalma dinamikası davam edəcək. Hesab edirəm ki, xalqımız bu vəziyyəti dəyərləndirməlidir. Sağalanların sayının artması əslində bizim məsuliyyətimizi bir daha artırır. Biz bu statistikanı qorumaq üçün maska taxmağı və məsafə saxlamağı gündəlik həyat tərzlərimizə çevirməliyik. İnsanlarımız kütləvi şəkildə bir yerə toplaşmamağa üstünlük verməlidir. Vətəndaşlarımız anlamalıdır ki, bu bəla hələ bitməyib. Yoluxmaların sayı azalıb deyə sevinib, karantin rejiminin götürülməsi barəsində düşünməməliyik. Yumşalmalar olan kimi, artıq ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Şəhərin bir çox hissəsində böyük tıxaclar var. Bu gün dövlətimiz üzərinə düşən bütün işi görür. Dövlət tərəfindən insanlarımızın bütün qayğıları nəzərə alınır. İnsanlarımız da məsuliyyətli olub qoyulan qaydalara əməl etməlidir. Qaldı ki, karantin rejimin bitməsinə bu barədə danışmaq hələ tezdir”.