Bağçalarda yerlər məktəbəqədər yaşda olan uşaqların sayından olduqca azdır — Ombudsmanbackend

Məktəbəqədər təhsil sisteminin müasir səviyyədə qurulması, burada təlim-tərbiyə prosesinin məzmunca yenilənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bununla belə, məktəbəqədər təhsillə əhatə səviyyəsi hələ də tələblərə cavab vermir.

Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Ombudsmanın illik məruzəsini təqdim edən zaman deyib.

O qeyd edib ki, məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsilinin olması həmin uşağın inkişafına təkan verə biləcək ciddi amildir.

“Lakin məktəbə hazırlıq üçün dövlət büdcəsindən maliyyələşən uşaq bağçalarının və oradakı uşaq yerlərinin sayı məktəbəqədər hazırlıq yaşında olan uşaqların sayından olduqca azdır. Bu da əksər hallarda azyaşlı övladlarını uşaq bağçalarına yerləşdirmək istəyən valideynlərin çətinliklərlə üzləşməsinə səbəb olur”, — deyə S.Əliyeva bildirib.