Bakı şəhər DYP İdarəsinin əməkdaşları Pirallahı rayonunda şagirdlərlə görüşdübackend

Uşaq travmatizminin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində maarifləndirici tədbirlər davam etdirilir.
Növbəti tədbir Pirallahı RPİ-nin DYP Şöbəsinin əməkdaşları ilə birgə rayonun 231, 243, 235, 186 və 168 nömrəli orta məktəblərin şagird və pedoqoji heyətinin iştirakı ilə keçirilib.
Tədbir zamanı DYP əməkdaşları tərfindən yol hərəkəti qaydaları, piyadaların vəzifələri, təhlükəsiz davranış vərdişləri barədə məlumatlar verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.