Bu gecə paytaxt Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1991-ci il təvəllüdlü Qocayev Təyyar Vidadi oğlu və 1989-cu il təvəllüdlü Əsədov Samir Feyruz oğlu xəsarət alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı T. Qocayeva qapalı kəllə-beyin travması, S. Əsədova isə döş qəfəsinin küt travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
562
Bakıda dəhşətli hadisə: Yaralılar var
!300×300
!728×90
www.busaat.az
www.xeberim.az
BƏNZƏR XƏBƏRLƏR
266
Hadisə
438
Hadisə
263
Hadisə