Bakıda quldurlara qarşı əməliyyat – 3 nəfər həbs edildibackend

Bakıda quldurluqla məşğul olan şəxslər tutulub.

Mayın 22-də saat 2 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini X.Arıqovun idarə etdiyi “Xəzər” markalı avtomobilə sərnişin qismində oturmuş 3 nəfərin Binə qəsəbəsi ərazisində onu bıçaqla hədələyərək 100 manatını almaları barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri S.Mustafayev, N.Abbasov və əvvəllər məhkum olunmuş İ.Məmmədov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.//Publika.az