Bakıda “Taxta bazarı”nda yanğın – Yenilənib + Fotolarbackend

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı”nda yanğın baş verib.

 

“Qafqazinfo” bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat midmətindən APA-ya verilən məlumata görə, hadisə Dərnəgül yolunun Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində qeydə alınıb.

 

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

 

**

 

Bakı şəhərinin Nərimanov rayonunda, taxta bazarının ərazisində ümumi sahəsi 280 m² olan dəmir konstruksiyalardan ibarət talvarın altına yığılan taxta materiallar 75 m² sahədə və ümumi sahəsi 5 m² olan taxtadan ibarət gözətçi köşkü yanıb.

 

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, taxta materialların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb