Bakıda zavodda dəhşət: Usta dəzgaha ilişib ölübbackend

Bakıda usta faciəli şəkildə ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Zığ-Aeroport şossesində yerləşən Metalkonstruksiya zavodunda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb.