Baş Nazir televiziya vasitəsilə xalqa müraciət edəcək — SON DƏQİQƏbackend

Bu gün Baş Nazir Əli Əsədov dövlət televiziyasında çıxış edəcək.

Çıxış Azərbaycan Televiziyası (AzTV) vasitəsilə saat 14:00-da yayımlanacaq.

Qeyd edək ki, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqdə koronavirus infeksiyasına yoluxmanın artması ilə əlaqədar Azərbaycanda yenidən məhdudlaşdırmanın tətbiqinə başlanılacağı bildirilib. Qeyd olunub ki, Baş Nazirin çıxışında məhdudlaşdırmanın detalları ətraflı şəkildə elan ediləcək.