Bu məlumatları yayan “Telegram” kanalları bağlanacaq – SƏBƏBbackend

Fransa hökuməti Telegram-dan müsəlmanlar da daxil olmaqla bir çox ada və məscidə hücum planlaşdıran söhbət qruplarını bağlamağı tələb edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, “Tajmaat” adlı “Twitter” hesabı ərəblərə, müsəlmanlara və qaradərililərə qarşı hücum çağırışlarının yer aldığı “Telegram” qrupunu ifşa etdikdən sonra Daxili İşlər Nazirliyi hərəkətə keçib.

Daxili işlər naziri Gerald Darmanin həftə sonu ifşa olunmuş ifrat sağçı FRDeter qruplaşmasının istifadə etdiyi “Telegram” qruplarının bağlanmasına göstəriş verdiyini açıqlayıb.

“İrqçi şərhlər və zorakılıq çağırışları olan Telegram qruplarının bağlanması tələbi edilib”. Darmaninin fikirlərindən istifadə edən Daxili İşlər Nazirliyi qrupları paylaşanların təsbit edilməsi və mühakimə olunması üçün məhkəmə orqanları ilə birlikdə cinayət işi başladıb.

Paylaşılan skrinşotlarda aprelin 13-də Lill şəhərində iftar vaxtı neçə nəfərin məscidə hücum etməyə hazır olduğu soruşulub.

Qeyd edək ki, Fransa mətbuatı sözügedən Telegram qruplarının ötən ilin sonundan polis tərəfindən izləndiyini və kəşfiyyat bölmələrinin qrup üzvlərinin bəzi profillərindən xəbərdar olduğunu bildirib.