Cəbhədən -SON XƏBƏRbackend

İctimai Televiziyanın cəbhəboyu ərazilərində olan əməkdaşı ən son vəziyyəti bölüşmək üçün televiziya ilə canlı bağlantı yaradıb.

Sonxeber.az xəbər verir ki, televiziyanın Tovuz rayonuna ezam olunmuş müxbiri cəbhə bölgəsində yaşayan əhalinin yüksək əhval- ruhiyyədə olduğunu bildirib. İnsanların öz işlərini davam etdirdiyi, hətta mərmilərin atıldığı anda otlaq sahədə qoyunlarını otaran insanların olduğu deyilib. Yaşlı və uşaq fərq etmir insanlarda düşməndən qorxmamaq kimi əhvalın hökm sürdüyü qeyd edilib.