Cəmilə Ağayeva: “Ölkəmiz bir çox mənada həm ölkə daxilində həm də sərhədlərimizdən kənarda viruslarla mübarizə aparır”backend

2020 –ci ilin əvvəlində, hər birimiz xüsusilə də dövlətimiz böyük layihələr, işlər arzusunda idi. Bir çox ölkə daxili və Beynəlxalq tədbirlər, neft və qeyri neft sektorunun inkişafı, turizmin inkişafı, mədəni-kütləvi tədbirlər, hərbi parad nəzərdə tutulmuşdu. Lakin ilin əvvəlindən Covid-19 pandemiyası bütün dünyada tüğyan etməyə başladı. Bir çox böyük dövlətlər, gözlə görünməyən bu virusun qarşısında aciz qalsa da Çin, İtaliya, Amerika, Rusiya kimi dövlətlər bu pandemiyanın qarşısının alınmasında çətinlik çəkərkən Azərbaycan virusla mübarizədə vaxtında və operativ qərarlar verdi.

Ilk növbədə sərhədlərin bağlanması və xüsusi karantin rejiminin ölkə daxilində tədbiq edilməsi, virusun ölkə daxilində geniş sürətdə yayılmasının qarşısını aldı. Bir vətandaş kimi, ilk növbədə Allaha, sonra isə hər birimizin Ptrezidenti olmağa söz vermiş Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı cənab Prezidentin uzaq görən siyasəti nəticəsində hər bir xoşa gəlməz hal, qarşısı alınır! Bu çətin dövrdə mübarizə mənim dövlətimizi və Prezidentimizi sarsıtmadı. Hər zamanki kimi, dövlət, Prezident öz vətəndaşını düşündü, onun qayğısına qaldı və qalır. Heydər Əliyev Fondu tərəfindən İcra strukturları, yerli özünü idarə orqanları, sahibkarlar tərəfindən və maddi imkanı artıq olan fərdi insanlar tərəfindən yardımlar başlandı. Prezident öz məvacibini “Covid – 19” pandemiyası ilə Mübarizə Fondu yaradaraq, həmin fonda köçürtdü və bu addımla bütün Azərbaycan xalqının mərd oğuları bu aksiyaya qoşuldular. Prezident millətinə “biz birlikdə güclüyük” deyərək, hamıda qarşıdan gələn çətin günlərə qarşı sədd çəkmək motivasiyası yaratdı. Eyni zamanda tibbi maska zavodunun açılışı bu çətin dönəmdə xəstəliyinin qarşısın alınması, neçə – neçə iş yerlərinin açılması demək idi. Bununla da biz görürük ki, bütün problemlərə rəğmən Azərbaycanda heç bir sosial – iqtisadi layihə təxirə salınmamışdır. Hal – hazırda ölkəmizdə dövlət tərəfindən bir neçə modul tipli xəstəxanalar yaradılır.

Bu qədər gərgin əməyin içərisində Prezident üçün ən önəmli amil, onun xalqıdır. Əhalinin işləməyən təbəqəsi 190 manat pul yardımı, maddi yardımlar və sahibkarlara verilən kompensasiyalar təmin olunur. İdarə və təşkilatlarda, dövlətdə çalışan lakin hal hazırda karantinlə bağlı işləməyənlər hər ay öz məvacibini 100 % alır. Bunlara Dövlət Sosial Müdafiə Fondunun bütün kateqoriyalar üzrə (əlillər, təqaüdçülər, veteranlar, şəhid ailələri, qacqın və məcburi köçkünlər və s.) aiddir. Bu pandemiya bir daha sübut etdi ki, mənim dövlətimiz 10 000 000 (on million) əhalisi olan, böyük dövlətlərin yanında sayca və coğrafi mövqeyinə görə kiçik olmağına baxmayaraq böyükdür, sözün bütün mənalarında böyük! Çünki bu dövlətin idarə edilməsi əmin əllərdədir, çünki hakimiyyətdə xalqın nümayəndəsi, xalqın seçdiyi Prezident var. Bu dövlətçilik yolu uzun illər Ulu Öndər Heydər Əliyevin idarəçillik məktəbini keçmiş cənab İlham Əliyev yoludur! Ölkəmizdə yeni infrastruktur layihələri öz axarında davam edir, yeni məktəblər, xəstəxanalar tikilir, yollar salınır, abadlıq işləri görülür. Baxmayaraq ki, fors-major olan bu xəstəlik müəyyən mənada əlavə işlər, xərclər, məsrəflərlə yanaşı ziyan yaratdı. Buna baxmayaraq, biz bir xalq olaraq yenə də bacarıqlı və dözümlü olduğumuzu sübut etdik. Pandemiya bizi təhsildən, elimdən geridə qoya bilmədi. Cənab Prezidentin uzaq görən siyasəti və bacarığı, intellekti nəticəsində onlayn videokonfrans formatında görüşlər, iclaslar, müşavirələr keçirilir. Bununla da dövlət aparatının işi axsamır və xalqa xidmət üçün bütün lazımi addımlar atılır.

Deməliyəm ki, cənab Prezidentin tapşırıq və tövsiyyətləri Suraxanı rayonunda da mükəmməl bir çəkildə yerinə yetirilir. Pandemiya dönəmində Rayon İcra Hakimiyyəti başçısının şəxsi qayğısı və diqqəti nəticəsində karantin qaydaları çərçivəsində bir çox aztəminatlı ailələrlə görüşlər keçirilmiş, onların sosial problemləri öz həllini tapmışdır. Heydər Əliyev fondu tərəfindən edilən yardımlar operativ şəkildə ünvanlara çatdırılmışdır. Karantin qaydalarına əməl olunması üçün tez-tez rayon ərazisində reydlər keçirilir və vətəndaşlar arasında maarifləndirmə işi aparılır.

Bu yaxınlarda BMT-nin mövcud vəziyyətlə bağlı dünya dövlətləri arası xarici əlaqələri, intelektual idarəetmə usulları ilə həyata keçirilir. Koronavirusla mübarizə çərçivəsində, cənab Prezidentə dünyanın bir çox dövlətlərindən müzakirə və fikir mübadiləsi aparılması üçün təkidli xahişlər olmuşdur. Azərbaycan Respublikası və onun müdrik Prezidenti dost və qardaş ölkələrə istər maddi, istər mənəvi, yardımlar göstərilməsində böyük təşəbbüskarlıq göstərir.

Cənab Prezident ötən aylar istər Türk Şurasının, istərsə də Qoşulmama Hərəkatının vidiokonfrans formatında olan iclaslarda bütün dünyaya birgə mübarizə etməyin vacibliyini izah etmişdir. Daha sonra dünyanın 130-a yaxın ölkə cənab Prezidentin ətrafında birləşmiş, BMT-nin Baş Assambleyasının xüsusi hallar üçün nəzərdə tutulmuş sessiyasının keçirilməsi təşəbbüsünə dəstək vermişdir. Qürur hissi ilə deməliyəm ki, bir neçə gün əvvəl BMT-nin Baş katibi ilə cənab Prezident arasında baş tutmuş telefon danışıq zamanı məlum olmuşdur ki, BMT də, Azərbaycanla yaxından əməkdaşlıqda maraqlıdır. Hətta nəzərinizə çatdırım ki, artıq iclasın gündəliyi də, tərtib olunmuşdur.

Heç kimə sirr deyil ki, Azərbaycanın artan beynəlxalq nüfuzu onun düşmənlərinin, xüsusəndə əbədi və əzəli düşmənimiz olan mənfur qonşularımızın məkirli niyyətlərini bir daha ortaya çıxartdı. Daxili siyasətdə uğursuzluq, koronavirus covid-19 virusundan özünü və ailəsini qoruma qabiliyyətsiziliyi, beynəlxalq aləmdə hörmətdən düşməsi erməni baş nazirini dövlət xadiminə yaraşmayan addımlar atmağa məcbur edir. Bu yolla o, hesab edir ki, divident qazanacaq, öz xalqının etimadını yenidən əldə edəcəkdir.

Açıq döyüşdən qorxan ermənilər Azərbaycanın sərhədləri boyu təxribatlar hazırlayaraq, dinc əhalinin gündəlik həyatında ciddi problemlər yaradırlar. Təəssüf ki, Paşinyan öz sələflərindən heç nə ilə fərqlənmir. Erməni hakimiyyəti həm hərbi təxribat yolu ilə dövlət sərhədlərini pozacaq qədər ikiüzlü, həm də dünya dövlətlərinə yalvaracaq qədər aciz və riyakardır.. Onlar Azərbaycana qarşı düşmən mpvqelərindən əl çəkməyə bilər. Lakin biz də öz yolumuzdan dönən deyilik.

 

Azərbaycan xalqı qəhraman xalqdır. Döyüşkən azərbaycanlılar hər zaman vətənlərinin azadlığı və bütövlüyü uğrunda mübarizə aparmışlar. Onlar heç tərəddüd etmədən döyüş meydanlarına atılmış və mübarizə etmişlər. Biz aprel döyüşlərində də bu mübarizə əzmini görmüşdük. Bu dəfə də bunun əyani şahidi oluruq. Bu gün ölkəmizin müxtəlif şəhər və rayonlarından cənab Prezidentə müraciət məktubları yazılır, dəstək verilir. Bu gün hər yerdən insanlar Tovuz rayon ərazisinə gedərək, orduda könüllü döyüşmək istədiklərini ifadə edirlər.

 

14 iyul gecəsi küçələr tökülən insanların da elə əsas qayəsi cənab Prezidentin mövqeyini dəstəkləmək idi. Lakin təxribatçılar, yalnız cəbhənin o biri tərəfində deyil. Dost cildində düşmənlər, “sapı özümüzdən baltalar” elə o gecəni də qara səhfə etmək istəsələr də, buna müdrik Azərbaycan xalqı imkan vermədi. Göründüyü çlkəmiz bir çox mənada həm ölkə daxilində həm də sərhədlərimizdən kənarda “viruslarla” mübarizə aparır.

 

Xalqımız bu dəfə də, öz liderinin ətrafında möhkəm birləşdi həmişə olduğu kimi. Cənab Prezidentin tövsiyyəsi ilə qoca-cavan, oğul-qızlarımız səfərbərliyə qoşulur, ordumuza həm mənəvi verirlər. Mən bütün mənalı ömrümü Yeni Azərbaycan Partiyasına həsr etmiş partiya fəalı kimi, ölkə Başçısı, doğma partiyanın sədri, Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı cənab İlham Əliyevə həm Beynəlxalq arenada göstərdiyi zəmdə, həm virusla mübarizədə, həm də, mənfur düşmənə qarşı apardığı haqlı müharibədə ugurlar arzu edir, onunla fəxr edirəm!

Yeni Azərbaycan Partiyası Suraxanı Rayon Təşkilatının Şura üzvü, Əmircan Bələdiyyəsinin sədr müavini Cəmilə Ağayeva