Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşü başlayıb.
Bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində məlumat paylaşılıb.
“Xarici İşlər naziri Ceyhun Bayramovun və Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətləri arasında geniş tərkibli görüş başlayıb”,- XİN-dən bildirilib.
Qeyd edək ki, M.Şentop 18-20 oktybar tarixlərində Azərbaycanda rəsmi səfərdədir.