DİQQƏT! Bakının bu hissəsində su olmayacaqbackend

Bakı şəhəri, Səbail rayonunun bir hissəsində su olmayacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Kanal8-ə verilən məlumata görə, su kəmərində baş vermiş qəza ilə əlaqədar 02 may 2024-cü il tarixində Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.