İngiltərənin bir neçə bölgəsində şiddətli meningitə bənzər simptomlara səbəb ola bilən gənə virusu aşkar edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat verib.
Agentlik insanların çöldə olduqdan sonra paltarlarını və bədənlərində gənə olub olmadığını mütəmadi olaraq yoxlamağı tövsiyə edib.
Həmçinin gənə virusunun yayılmasının qarşısını almaq üçün xəstəxanalarda testlərin dəyişdirilməsini də bildirilib.
İngiltərə və Şotlandiyada səhiyyə agentliyinin verdiyi həyəcan siqnalından sonra virusun təkmil aşkarlanması üzrə araşdırma aparılır.
Gənələr gənə ensefaliti və Lyme xəstəliyi də daxil olmaqla bir sıra xəstəlikləri daşıya bilər.
Virus Həmpşir/Dorset və Norfolk bölgələrində də aşkarlanıb.
Gənələrin daşıdığı virus dünyanın bir çox ölkəsində yayılıb.
Qeyd edək ki, virusun simptomlarına asemptomatik infeksiya və bəzi hallarda baş ağrısı, boyun sərtliyi, çaşqınlıq və ya huşsuzluqla müşayiət olunan yüksək hərarət kimi mərkəzi sinir sisteminin ağır infeksiyası daxildir.