Əli Hacızadə yazıçı Çingiz Abdullayevin Rusiyadakı erməni lobbisi haqqında yazdığı statuslara narazılığını bildirdibackend

Bir neçə gündür ki, görkəmli yazıçı Çingiz Abdullayevin Facebookda yazdığı silsilə statuslar geniş müzakirə olunur.

Çingiz müəllimin yazdığını bəyənən də var, onunla razılaşmayanlar da…

Mən əsasən ikincilərdənəm.
(Statuslarla burada tanış ola bilərsiz

Сегодня передали интервью с Лукашенко. Везде заявлено, что это ведущие журналисты России. Из четверых двое – Симонян и…

Opublikowany przez Chingiza Abdullaev Środa, 9 września 2020

Все-таки число адекватных не так мало как мы думали. Обидно, что среди тех кто не понял моего поста оказалось несколько…

Opublikowany przez Chingiza Abdullaev Środa, 9 września 2020

https://www.facebook.com/permalink.php?story_fbid=10220982276920020&id=1034533950 )

Son vaxtlar Ramiz Mehdiyevdən tutmuş, sıravi vətəndaşlara kimi, bir çoxları “İnformasiya müharibəsi” haqqında yazır… Maraqlıdır ki, yazanların və danışanların bəziləri bir zamanlar bu sahəyə cavabdeh olanlardan və bu sahəyə ayrılan vəsaiti mənimsəyənlərdən biri olublar.

Mən 2007-ci ildən bu sahədə maddi, intellektual və fiziki imkanım çatdığı qədər fəaliyyət göstərirəm. Fəaliyyətimə qiymət verməkdən uzağam, sadəcə məlumat üçün qeyd etdim. Bu sahə mənə yad olmadığına görə, bu sahənin mətbəxini bilirəm. Çingiz müəllim adi insan deyil. Adi insan olsaydı, onun fikirlərinə münasibət bildirməzdim, o kifayət qədər təcrübəli (məhz bu sahədə) sistemin necə işlədiyini bilən bir insandır.

Keçək Çingiz müəllimin birinci statusuna, Çingiz müəllimə bir azərbaycanlı ziyalı kimi, Azərbaycandan kənarda tanınmış tək-tük soydaşımız kimi hörmətim böyükdür və bundan sonra da belə olacaq.

Lakin bəzi məqamları qeyd etməkdə yarar var. Xüsusi xidmət orqanının keçmiş əməliyyatçısı, N qədər detektiv romanının müəllifi, nəhayət 1988-ci ildə “Beynəlxalq münasibətlərdə aqressiya problemləri”nə dair namizədlik işinin müəllifindən daha dərin analiz gözləyirdim…

Burada onun yazdıqlarından orijinal sitatlar göstərəcəm.
Məsələn Çingiz müəllim yazır ki, “Везде заявлено, что это ведущие журналисты России. Из четверых двое – Симонян и Бабаян, главные редакторы. На российских каналах выступают Кургинян, Саркисов, Шахназаров, Погосян, Кеосаян, перечислять можно долго. Не смейте говорить мне об их лобби.Они умные, толковые и талантливые люди, блестяще владеющие русским языком.” – Əziz və hörmətli Çingiz müəllim, bu gün Rusiyada tanınmış jurnalist və ya baş redaktor olmaq üçün, “savad” “istedad” və “ağıl” lazım deyil… Sadəcə efirdə qonaqları söyməyə, təhdid etməyə, “Krımı işğal etmişik, əcəb etmişik”, “Ay aman, Amerika bizi dağıtmaq istəyir”, “Putindən yaxşısı yoxdur!”, “Ukrayna üzərində sərnişin təyyarəsini biz vurmamışıq” “Türkiyə faşist və terrorçu dövlətdir!” “Ukraynada hakimiyyətdə faşistlərdir” və sair bu kimi tezisləri səsləndirəcək qədər şərəfsiz və simasız olmaq kifayətdir (ki, bunu da bizim qonşularımız yaxşı bacarır). Orası da var ki, bu rolu oynamaq istəyənlərin də sayı kifayət qədərdir, çünki bu işdə yaxşı gəlir də var. Bax burada isə, Çingiz müəllimin eşitmək istəmədiyi “onların lobbisi” işə düşür və öz adamlarını sürüyüb qabağa çəkir. Erməni lobbisi bir tək erməniləri deyil, onlara xidmət edən rusları da qabağa çəkir. Haşiyədən çıxıb bir misal çəkmək istərdim, 90-cı illərdə REGNUM informasiya agentliyi Rusiyada ən çox oxunan saytlardan biri idi, onun rəhbəri Modest Kolerov müxtəlif kanallarla Bakıya “birgə işləmək haqqında” siqnallar vermişdi, lakin Bakıdan konkret bir cavab gəlmədi və Modest ermənilərlə işləməyə başladı. Erməni tərəfdən ilk hədiyyə, Moskvanın prestijli bir yerində qədim binada ikimərtəbəli mənzil olur (Moskva əmlak bazarından xəbərdar olanlar bu evin qiymətini təxmin edə bilər). Daha sonra Kolerov yoldaşından boşanır və bu mənzili ona verir, ikinci dəfə evlənəndə yenə də ermənilər Moskvanın yaxşı yerində ona 3 otaqlı mənzil hədiyyə edirlər, bu yoldaşından da boşananda ev yoldaşına qalır, ermənilər ona bu dəfə Kolerova 2 otaqlı mənzil hədiyyə edir (REGNUM da artıq əvvəlki REGNUM deyildi, reytinqi xeyli düşmüşdü, Kolerov da içkiyə qurşanmışdı) və əslən Qarabağ ermənisi olan Marina adlı bir qadınla evləndirirlər. Bu kiçik bir epizoddur, başqa epizodlar da var. Kim harada, kimdən nə qədər alıb və sair bir çoxları haqqında məlumatım var və bu məlumat bir tək məndə deyil.

Ona görə də, Çingiz müəllimin erməni lobbisini görməzdən gəlməsi açığı məyusedicidir.

Keçək xarici dillərə və xüsusən, rus dilinə… Bəli xarici dilləri bilmək lazımdır, rus dilini də, ingilis dilini də, fransızı da ərəbi də və sair. Amma bizim orada “məşhur azərbaycanlı” jurnalistlərimizin olmaması, Azərbaycandakı rusdilli məktəblərin və ya ingilisdilli məktəblərin azlığı və ya keyfiyyətsiz təhsil vermələri ilə bağlı deyil. Bu iki faktoru bir-birinə bağlamaq azı real vəziyyəti bilməmək deməkdir. Mən inanmıram ki, Çingiz müəllim real vəziyyəti bilməsin.

Bu gün bir azərbaycanlı Simonyanın və Babayanın yerində otura da bilməz, özü razı olsa da, Kreml buna imkan verməz, bunu da Çingiz müəllim bilir.
Digər tərəfdən fərz edək ki, bir azərbaycanlı oturdu Marqarita Simonyanın yerinə, efirdən dedi ki, “Qarabağ mübahisəli ərazidir”, “Krım rus torpağıdır” onun telekanalı Türkiyə əleyhinə yayımlar həyata keçirir – nə deyərsiz ona? Deyəcəksiz ki, manqurtdur, satqındır. Onun isə bunu deməmək və etməmək imkanı yoxdur, çünki dövlət təşkilatıdır, dövlətdən maliyyələşir və o dövlətin təbliğat maşınıdır, məsələ bu qədər sadədir.

Çingiz müəllim azərbaycanlı ekspertlərin guya yetərsizliyindən, dili zəif bilməklərindən gileylənir. Əgər Çingiz müəllim öz geniş imkanlarından istifadə edərək, rusca danışa bilən azərbaycanlı mütəxəssis tapa bilmirsə, ona 5 nəfər təşkil edə bilərəm…

Əgər Rusiya KİV-ləri rus dilini zəif bilən, ritorika qabiliyəti zəif olan hər hansısa azərbaycanlı jurnalisti və ya eksperti dəvət edirsə, bu o demək deyil ki, bizdə daha yaxşısı yoxdur, bu o deməkdir ki, onlara bu lazımdır, rusca gözəl bir söz var «мальчик для битья».

Ədalət naminə deməliyəm ki, Çingiz müəllimin sözlərində həqiqət payı da olmamış deyil.

Xüsusən burada – «Наши недомыслие, отсталость, ущербность, зависть, воинствующее невежество – вот главные враги. И в Карабахском вопросе, и в международных вопросах и во внешней и во внутренней политике» + «Провинциализм и некомпетентность могут погубить нашу страну. Зависть, не умение радоваться успехам своих соотечественников» – mən bunu millətimizin bütün fərdlərinə aid edə bilmərəm, ancaq bəzi soydaşlarımıza, xüsusən, əlinə müəyyən imkanlar düşmüş soydaşlarımızda bunu müşahidə etmişəm, həm özümə qarşı, həm başqa soydaşlarımıza qarşı və bununla mübarizə aparmaq lazımdır.

Sonda bu məsələ haqqında fikir bildirərkən soydaşlarımızı, xüsusən, ziyalıları daha həssas,daha diqqətli olmağa dəvət edirəm.