Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunu ECMO cihazından ayırırlar.
Bu barədə Xeberim.az-a onun qardaşı Rəşad Şükürov məlumat verib.
O bildirib ki, hazırda ayırma prosesi gedir: “ECMO aparatından ayrıldıqdan sonra tam məlumat verə biləcəyik. Hazırda bizdə də sonrakı proseslər və nə olacağı ilə bağlı məlumat yoxdur”.
***
“Yeni klinika”dan verilən məlumata görə, Elnur Əşrəfoğlu ECMO cihazından ayrılıb. Lakin onun ağciyərləri funksional deyil, vəziyyəti hazırda kritik ağırdır.