“Ermənistan Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi” – Hikmət Hacıyevbackend
Təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl Ermənistan açıq şəkildə Azərbaycanın vacib enerji infrastrukturunu / Mingəçevir su anbarını raket hücumları ilə təhdid etmişdi.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter” hesabında yazıb.

H.Hacıyev qeyd edib ki, Ermənistanın son raket hücumları bu ölkənin hərbi doktrinasının nə qədər aqressiv olduğunu bir daha təsdiqləyir.