Xəbər verdiyimiz kimi iyulun 23-də 508 nəfər koronafirusa yoluxub, 7 nəfər ölüb. Qeyd edək ki, yoluxmanın sürətlə artmaması üçün şənbə-bazar və bayram günləri insanların çölə çıxması qadağan edilərək sərt karantin rejimi tətbiq edilib. Lakin buna baxmayaraq, gündəlik yoluxma 400 nəfəri keçdi. Koronavirusa yoluxanların və ölənlərin sayı artdığı üçün 5 iyula qədər 2 həftəlik sərt karantin rejim elan olundu.Əgər bu həftə ərzində statistika artma dinamikası ilə davam etsə, rayonlarda da sərt karantin rejimi elan edilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, karantin rejimi ilə bağlı qərarların verilməsi Operativ Qərargahın səlahiyyətindədir: “Qərargahda olan mütəxəssislər dünyada və ölkəmizdə mövcud vəziyyəti, yoluxma dinamikasını, ölənlərin sayını analiz edərək qərarlar qəbul edirlər. Bilirsiniz ki, hazırda Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2 həftəli sərt karantin rejimi elan edilib. Əgər koronavirusun yayılması digər rayonlarda da müşahidə olunsa, təbii ki, bölgələrdə sərt karantin rejiminin tədbiq edilməsi ilə bağlı dövlət qərar qəbul edəcək.
Ona görə də vətandaşlarımız bu məsələdə diqqətli olmalıdırlar. İmkan verməməlidir ki, virusun yayılma ərazisi genişlənsin. Bunun üçün də insanlarımız verilən tövsiyə və qərarlara əməl etməlidirlər. Ən başlıcası isə vətəndaşlarımız tərəfindən qoruyucu tibbi maskadan istifadə edilib, sosial məsafəni qorunmalı və sanitar-gigiyenik qaydalara əməl olunmalıdır.
Əks təqdirdə karantin rejimi tədbiq olunmayan rayonlarda koronavirusa yoluxma halları çoxala bilər və bunun nəticəsi olaraq da dövlət müəyyən sərtləşmələrə gedəcək”.