Gözəlliyi doğru ünvanda seçinbackend

Gözəllik yaratmaq yalnız istedad,bacarıq və həmin qədər gözəl təsəvvür tələb edir. Azərbaycan qadınlarının simasının özəyi olan gözəlliyə ahəng qatmaq,ortaya çıxarmaq da bu cür işdir. Stilistlik,vizajistlik peşələri geniş yayılsa da bu işin hər kəsdə uğurlu alınmadığını yaxşı bilirik. Necə ki rəssamlıq bacarıq və qabiliyyət tələb edirsə,gözəllik sənəti də bununla eyni tərəziyə qoyula bilər. Neçə yaşında başlayırsan başla istedad varsa əldə olunacaq nəticə də gözəl olacaq.

Bu dəfəki müsahibimiz ELF Studionun stilisti Vuska xanım oldu. Sənətə erkən başlasa da ailə qayğıları ona bir müddət fasilə verdirib. İllər sonra qızının istəyi ilə sənətə qayıdıb və təhsil alıb. Müəllimi Qurban Quliyevdən sənətin incəliklərini öyrənərək elə həmin gözəllik mərkəzində də fəaliyyətə başlayıb. Vuska xanım bildirir ki sənətə sonsuz sevgisi daima olub,bu sevginin yenə nə vaxtsa onu aid olduğu yerə qaytaracağına inanıb. İllər ötsə də istedadı ötürmək,yox etmək mümkün olmur. Mütləq ki bir gün ortaya çıxaraq səs küyə çevrilir.

Stilist qeyd edir ki sənətimdə ən sevdiyim proses saç kəsimi və boyadır. Hər ikisinin nəticəsi maraq doğurur. Çünki müştərinin cizgilərinə yaraşan kəsim və boya çalarlarını əvvəlcədən doğru təxmin etmək lazımdır,əks halda xoşa gəlməz nəticə alınarsa saçı əvvəlki vəziyyətinə qaytarmaq ya mümkün olmur ya da vaxt tələb edir. İşimiz gözəllik yaratmaqdır,bu məni nə yorur nə bezdirir. Sonda müştərinin üzündəki təbəssüm isə dünyalara dəyər.

Stilistimizin və çalışdığı məkanın instagram səhifələri budur: stilist_vuska elf_studio əlaqə: 0552895555
Vüsalə xanımın bir neçə əl işini sizlərə təqdim edirik. Gözəlliyi doğru ünvanda seçin deyə.