Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti yanvarın 31-dək uzadılıb.
Qazet.az xəbər verir ki, sərt karantin dövründə qaydalara məhəl qoymayanlar az deyl.
– Advertisement –
Belə ki, vətəndaşlar sərt karantin rejiminin tələblərini pozaraq bölgələrə səfər etməyə cəhd göstərirlər.
Lakin polis postlarında onların icazələrinin olub-olmaması yoxlanılır. Bundan əlavə rayonlara daxil olmaq üçün müvafiq ezamiyyə kağızları tələb edilir. Əks halda vətəndaşlar geri qaytarılır.
İctimai TV-nin hazırladığı süjeti təqdim edirik: