Hərə öz mədəsinin ölçüsünə görə bu süfrədən yeyərbackend

Ayətullah Cavadi Amuli buyurur: “Bizim müştərək vəzifəmiz vardır ki, hamı onu yerinə yetirməkdə müştərəkdir və o da Ramazan ayının orucudur.

Hər kəs öz dərk qüvvəsinin səviyyəsinə görə İlahi ziyafət süfrəsini idrak edər. Əgər süfrə açılıbdırsa və insanlar ora dəvət olunublarsa, hər kəs öz mədəsinin ölçüsünə əsasən ondan yemək yeyər. Bəzisinin tutumu daha çoxdur və daha çox yeyər. Bəzisinin isə azdır və ona görə də az yeyər.

Mübarək Ramazan ayı – Allah qonaqlığı ayıdır. Hər bir elm sahibi yaxşı bilir ki, onun üçün ilin başlanğıcı nə zaman başlayır. Misal üçün, əkinçilər üçün ilin başlanğıcı – payız fəslindədir. Seyr və suluk əhli üçün Ramazan ayı – ilin başlanğıcıdır. Ona görə də möminlər Şəban ayında çalışarlar ki, bütün nöqsanlarını aradan qaldırsınlar və Ramazan ayına daxil olanda nöqsansız olsunlar.

Yəni, Şəban ayı – ilin sonudur və insan illik səyinin məhsulunu məhz ilin sonunda əldə edir. Ona görə deyirlər ki, Şəban ayını əldən vermə.

Ramazan ayına əgər hədiyyəsiz daxil olsan, Ramazan ayında hədiyyə olmaz. Gərək bu ayın hər günündə səy göstərəsən ki, bəlkə Qədr gecəsində və ya Fitr bayramında sənə hədiyyə verilər.

Həzrət Peyğəmbərdən (s) bizə nurani bir xütbə gəlib çatıbdır ki, Həzrət (s) orada buyurur: “Ey insanlar! Allahın ayı sizə tərəf gəlmişdir və bu ayı qarşılamağa gedin”.

Bu ay – Allahın adı ilədir. Necə ki, Kəbə – Allahın adı ilədir.

O diyar – ziyafət diyarıdır. Bu ay da Allahın ayıdır.

Bu zaman – ziyafət zamanıdır. O torpaq – ziyafət torpağıdır.

O kəslərin ki, həcc və ümrə tövfiqləri olmuşdur, Allahın qonağı olmuşdular. Mübarək Ramazan ayında da Allah bəndələri Allahın qonağıdırlar.

Sənayi deyir: “Kəbənin ipək parçaya ehtiyacı yoxdur. Kəbəni bu parça ilə zinətləndirməyin. Kəbənin ona ehtiyacı yoxdur. Kəbənin gözəlliyi başqa şeydədir”.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Həzrət İbrahimə (ə) və İsmayilə (ə) əmr etmişdi ki, Mənim evimi pak edin. Kəbənin ipəyə ehtiyacı yoxdur. Allahın evi olmaq – Kəbə üçün kifayətdir. Ramazan ayı üçün də elədir. Bu ay – Allahın ayıdır və insan gərək onun qədrini bilsin. Ramazan ayı Allahın ayı olduğu üçün mübarəkdir.

Əgər insan dünya malı ardınca olsa, hər nə qədər var-dövləti olsa, ona kifayət etməz və daxilindəki cəhənnəm atəşini söndürməz. Hansı məqama çatırsa-çatsın, doymaz. İnsan nəfsi elə yerə gəlib çatmalıdır ki, doymağı bacarsın. Ancaq o zaman Allahla görüşə nail ola bilər.

O zaman ki, bəndə Allahla liqaya nail olar – sakitləşər və aram olar. Bu liqaya çatmaqda isə ona Ramazan ayının orucu yardım edər. Hər kim orucun həqiqətini dərk edərək, onun batininə diqqət edərək oruc tutarsa, İlahi liqaya nail olar. Çünki tərəqqi edər və kamala çatar.

Mühüm odur ki, biz bu ayda azadlıq məqamına çataq. Allah bəndəsi olaq. Əgər Allah bəndəsi olsaq, ancaq ona pərəstiş edərik. Hər kəs bacardığı qədər bu ayda səy göstərməlidir ki, azadlığa çata bilsin, nəfsin zəncirlərindən azad olsun.

Azadlıq – Allahın ən üstün nemətlərindəndir”.//Milli.az