Heydər Əliyevin Zəngəzurla bağlı tarixi çıxışı – VİDEObackend
“Zəngəzurda erməni adında bir adam belə yaşamayıb”

1998-ci il, yanvarın 14-də Azərbaycan Respublikasının Konstitutusiya Komissiyasının iclasında Heydər Əliyev ermənilərin Zəngəzuru necə ələ keçirmələri haqqında çox maraqlı fikirlər söyləyib.

Ulu öndər öncə tarixə ekskurs edərək, ermənilərin Naxçıvanı ələ keçirmək cəhdlərindən danışıb, sonra ermənilərin xəritələri necə saxtalaşdırmasından söz açıb. Çıxışın həmin hissələrini təqdim edirik.

XX əsrin 20-ci illərində Sovet hakimiyyəti yeni qurulan zaman Azərbaycana qarşı ədalətsizlik edilib. Tarixi faktlar göstərir ki, XVIII əsrdə Zəngəzur mahalının böyük hissəsi Qarabağ xanlığı, bir hissəsi Naxçıvan və İrəvan xanlığı tərkibində, çar Rusiyası dövründə isə, Gəncə yəni Yelizavetpol quberniyasının tərkibində olub. Yəni, Zəngəzur Azərbaycanın qədim və tarixi torpağıdır. Şərqi də bizimdir, qərbi də…