Heydərli Məzahir: Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirirbackend

Məzahir Heydərli

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Xankəndi-Laçın yolunda aksiya başladığı ilk gündən paylaşımları yaxından izləyirəm, anlamağa və analiz etməyə çalışıram. Soyuqda, yuxusunu tam almadan, gecə-gündüz ayaq üstə dayanıb haqq səsini çatdırmaq istəyən qardaş və bacılarımızın, ana və atalarımızın qarşısında baş əyirəm. Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir.

O şəxslərin arasında Birinci və İkinci Qarabağ müharibəsində həm ön həm arxa cəbhədə istər silahla, istər qələmlə, istər bilik və tarixi faktlarla döyüşən kifayət qədər insan var. Onlar böyük bir xalqın nümayəndəsi kimi yenidən milli maraqlar uğrunda, Dəmir yumruğun ətrafında birləşiblər.

Təəssüf ki, biz hələ də ətrafımızdakı düşmən dəyirmanına su tökənlərlə əhatələnmişik. Qarabağ müharibəsində önlük taxıb əsgərlərə yeməklər bişirib göndərən qadınların kürk geyinib aksiyaya getməsinə başqa prizmadan baxırlar. Bu torpaq hamınındır. Nə xöşbəxt haldır ki, yalnız cəmiyyətin azgəlirli təbəqəsi deyil, hər kəs mübarizəyə qoşulub. Əsas məqsəd və amal bir kənarda qalmamalıdır. Biz Vətənin müəqqəs torpaqlarını öz canımız qədər sevirik və onu əyani göstəririk. Yaxşı millətik, mübariz xalqıq, qədirbilən cəmiyyətik. Düşmən bizi bir, vahid görməlidir. Bir yumruq kimi birləşməliyik və birləşmişik!