“İlham Əliyev bütün dünyaya öz diplomatik qabiliyyətini nümayiş etdirib, 130  ölkəni öz ətrafında birləşdirə bilmişdir.”backend

“Koronavirus-Covid 19” adlı bu bəladan dünyanın bütün dövlətləri həm maddi həm də, mənəvi böyük xəsarətlər almaqdadır. Dünyanın iqtisadi, siyasi və hərbi gücünə görə seçilən dövlətlərinin hamsı bu virusun qarşısında tam mənasında duruşu gətirə bilməmişdir. Baş verən son hadisələr bir daha göstərdi ki, dünyanı təhdid edən təhlükələr əslində ortaqdır və biz onlarla birgə mübarizə aparmalıyıq.

Dünyada baş verən hadisələr göstərdi ki, heç də bütün dünya əhalisi və dövlətləri böhranı düzgün idarə edə bilməmişdir. Ölkəmizin böhranla mübarizədə nəticələri isə deməyə əsas verir ki, Azərbaycan xalqı, dövləti, və Dövlət Başçı əl-ələ verərək böyük fədakarlıqlarla, anlayış, hörmət, güvən, sevgi çərçivəsində çox mükəmməl və peşakarlıqla vəziyyəti idarə edə bilmişdirlər.

Dəfələrlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında, xalqla bir başa görüşlərində Azərbaycanda aparılan sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının dayandığını ifadə etmişdir. Virusla bağlı böhran ortaya çıxanda biz bunun canlı şahidləri olduq. Bu da öz növbəsində Azərbaycanla müqayisə oluna biləcək dövlətlərin ayırdığı vəsaitlərdən dəfələrlə böyük bir rəqəmdir.

Ötən ayların ayrı-ayrı dövlətlərin başçılarının xahişləri ilə cənab İlham Əliyev mövcud vəziyyətlə əlaqədar çoxsaylı ikili videokonfrans formatında görüşlər keçirmiş, dünya dövlətlərini ortaq düşmənlə mübarizədə vahidlik, birlik nümayiş etdirməyə çağırmışdı.

Türk Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü həm zirvə görüşündə iştirak edən dövlət və hökümət başçılarının sayı və həm də siyasi çəkisi baxımından xüsusi əhəmiyyətlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təklif olunmuş və təklif yüksək qiymətləndirilərək qəbul edilmişdir.

Mən bütün ömrümü Ulu Öndər Heydər Əliyev siyasi xəttinə, onun siyasi kursuna həsr etmiş Yeni Azərbaycan Partiyası Suraxanı Rayon təşkilatının partiya veteranlarındanam. Bu gün Ulu Öndər siyasi xəttinin ən layiqli nümayəndəsi İlham Əliyev bütün dünyaya öz diplomatik qabiliyyətini nümayiş etdirib, 130 çox ölkəni öz ətrafında birləşdirə bilmişdir. Mən şəxsən bir vətəndaş kimi qürur hissi duyuram.

İlham Əliyev diplomatik ustalıqlığı sayəsində adi təklif, dəvət gözləyən ölkədən təklif və təşəbbüs verən, və təklifləri qəbul olunan və təşəbbüsləri dəstəklənən bir ölkəyə çevirilmişdir.

Hər birimiz üçün çox qürurverici aldır ki, bu gün hamımıza məlumdur BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının gündəliyi məlum olmuşdur. Bu da o deməkdir ki, cənab Prezidentin möhtəbər təşəbbüsünün həyata keçməsi üçün artıq real addımlar  atılmaqdadır.

Cənab İlham Əliyevin insanları inandırma, razı salma və öz qərarlarını diktə etmə qabiliyyəti Azərbaycanın gələcək uğurlarına açılan qapıların açarıdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Şura üzvü Kürsüm Həsənova: