“İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idilər. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdi”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışında deyib.
“Amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı”, — dövlət başçısı bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın məhv edilmiş və qənimət kimi götürülmüş texnikasının qiyməti ən aşağı 4-5 milyard dollar təşkil edir.
“O başqa məsələdir ki, kasıb ölkə bu pulu haradan əldə edib. Ancaq demək olar ki, Ermənistan ordusu yoxdur”, — Prezident İlham Əliyev vurğulayıb.